Donald Tusk Türkiyəyə gedəcək

8-09-2015, 23:00
Oxunub: 645
AB rəsmisinin həmçinin, Türkiyədəki qaçqın düşərgələrdən birinə baş çəkəcəyi gözlənilir


Avropa Birliyi (AB) Şurasının sədri Donald Tusk sentyabrın 9-10-da Türkiyədə səfərdə olacaq.

Bu barədə Anadolu Agentliyi xəbər yayıb.

İki günlük səfər çərçivəsində Tusk prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşəcək. AB rəsmisinin həmçinin, Türkiyədəki qaçqın düşərgələrdən birinə baş çəkəcəyi gözlənilir.

Agentlik xatırladır ki, ötən həftə Brüsseldə səfirlərin konfransında çıxış edən Tusk qaçqınlar məsələsi ilə bağlı AB ilə Türkiyə qarasında məsləhətləşmələr aparmağa ehtiyac olduğunu söyləmişdi.(musavat.com)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti