Habil Əliyev I Fəxri Xiyabanda dəfn ediləcək

9-09-2015, 12:16
Oxunub: 876
Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənib


Ötən gecə vəfat etmiş xalq artisti Habil Əliyev I Fəxri Xiyabanda dəfn ediləcək.

Etatist.com
xəbər verir ki, mərhumla bağlı vida mərasimi bu gün saat 11:30-dan 14:00-a kimi Flarmoniyada keçiriləcək. Bundan sonra, mərhum I Fəxri Xayabanda dəfn ediləcək.

*   *   *23:00

Azərbaycanın xalq artisti Habil Əliyev vəfat edib.


Bu barədə Report-a xalq artistinin ailə üzvləri məlumat veriblər.

Xatırladaq ki, ağciyər və ürək çatışmazlığından əziyyət çəkən Habil Əliyev sentyabrın 2-dən 3-nə keçən gecə komaya düşmüşdü.

Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub.

1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənib.

H. Əliyev “Segah”, “Bayatı-Qacar”, “Bəstənigar”, “Bayatı-Şiraz”, “Rahab”, “Bayatı-Kürd”, “Cahargah”, “Rast”, “Zabul” muğamlarına yeni kamança həyatı verib.

Kaman ustası keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s. qastrol səfərlərində olub, ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.

1978-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb. dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunub. 

Allah Rəhmət Etsin!
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti