​GUAM PA parlament seçkilərini müşahidə edəcək

8-09-2015, 16:35
Oxunub: 369
Üç iştirakçı ölklərdən deputat daxil etməklə nümayəndə heyətini formalaşdıracaq


GUAM Parlament Assambleyası Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək. Nümayəndə heyətinə isə GUAM PA-nın prezidenti Anatoli Matviyenko rəhbərlik edəcək. Bu barədə "Report"a GUAM-ın baş katibi Valeri Çeçelaşvili bildirib.

"Üzv ölkələrin parlament seçkilərində GUAM Parlament Assambleyasının (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) müşahidəçilər qrupunun iştirakı ilə bağlı müəyyən təcrübəmiz var. Hesab edirəm ki, Azərbaycanda baş tutacaq parlament seçkiləri də istisna olmayacaq", - V.Çeçelaşvili bildirib.

O qeyd edib ki, GUAM digər üç iştirakçı ölklərdən iki-üç deputat daxil etməklə nümayəndə heyətini formalaşdırmaq niyyətindədir.

"Qrupun rəhbəri GUAM PA-nın prezidenti Anatoli Matviyenko olacaq. Mən qrupun tərkibində olacam, onlara kömək edəcəm, qrupun gördüyü işləri Azərbaycan Xarici İşlər Nazirliyi ilə koordinasiya edəcəm", - GUAM-ın baş katibi bildirib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti