Xidmət rəisi işdən çıxarıldı

8-09-2015, 15:23
Oxunub: 501
Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsinə təyin edilib


Kənd təsərrüfatı nazirinin müvafiq əmri ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova öz ərizəsinə əsasən vəzifəsindən azad edilib.O, Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin vəzifəsinin icrası müvəqqəti olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin müavini Azər İdris oğlu Süleymanova həvalə edilib.

Nazirliyin digər əmri ilə Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi Söhrab Əliyev tutduğu vəzifədən azad edilib.(Lent.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti