Müəllimlik ixtisasını seçən tələbələrə - Əlavə təqaüd

8-09-2015, 13:52
Oxunub: 558
Bu proqram çərçivəsində “Gələcəyin müəllimi” təqaüdü alan tələbələrin sayı 600 nəfərə çatacaq


Təhsil Nazirliyi müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma layihəsini yeni tədris ilində davam etdirir.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, layihəyə uyğun olaraq, bu il də ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcək. Bununla, bu proqram çərçivəsində “Gələcəyin müəllimi” təqaüdü alan tələbələrin sayı 600 nəfərə çatacaq.

Qeyd edək ki, bu layihə Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, peşəkar bilik və kompetensiyalara malik müəllim və təhsil menecerlərinin hazırlanmasına, eləcə də müəllim peşəsinin nüfuzunun artırılmasına xidmət edən islahatyönümlü tədbirlər çərçivəsində həyata keçirilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti