Elmar Məmmədyarov Qazaxıstana səfər edəcək

8-09-2015, 10:45
Oxunub: 626
Azərbaycan xarici işlər nazirinin Astanada bir sıra ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstana səfər edəcək.

Report diplomatik mənbələrə istinadən xəbər verir ki, E.Məmmədyarov sentyabrın 10-da Qazaxıstanda baş tutacaq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Şuranın iclasında 24 saat ərzində yayımlanacaq türkdilli ölkələrin müştərək telekanalının yaradılması məsələsi müzakirə olunacaq.

Azərbaycan xarici işlər nazirinin Astanada bir sıra ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.

Xatırladaq ki, sentyabrın 11-də Astanada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası dövlət başçılarının sammiti keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti