Ruslara tarixlərini xatırlatdılar

7-09-2015, 22:57
Oxunub: 538
"Qızıl Orda olmasaydı nə Moskva çarlığı olardı, nə də Rus dövləti yaranardı"


Rusiya Müftilər Şurası Rusiyanı Qızıl Ordaya qarşı mənfi münasibət bəsləməkdən imtina etməyə çağırıb.

Şuranı narahat edən məsələ Moskvada “şəhər günü” qeyd edilərkən göstərilən səhnəcikdə tarixin saxtalaşdırılması olub.

Bu barədə məlumat “İnterfax” agentliyində yer alıb.

Sentyabrın 5-də Moskvada Qızıl meydanda “şəhər günü” münasibəti ilə keçirilən tədbirdə, Rusiyanın tarixinə aid səhnəciklər göstərilib. Bu səhnələr Rusiyanın qaranlıq keçmişi, Pyotr dövrünü, 1812-ci il Vətən müharibəsi və Böyük Vətən müharibəsi dövrlərindən ibarət olub. Rusiya tarixinin tatar-monqol dövrü isə, slavyan xalqlarının yadellilərə qarşı mübarizə dövrü kimi göstərilib.

Rusiya Müftilər Şurası sədrinin birinci müavini Dəmir Müxətdinov bildirib ki, Qızıl Orda olmasaydı nə Moskva çarlığı olardı, nə də Rus dövləti yaranardı.

Qızıl Orda dövləti XIII əsrdə Monqol imperiyası daxilində yaranıb. İmperiya dağıldıqdan sonra müstəqil dövlətə çevrilib və 15-ci əsrin ortalarına qədər hakimiyyətini sürdürüb. Sonradan bu dövlət bir neçə müstəqil xanlıqlara bölünüb. Qədim ruslar 200 il müddətində Qızıl Ordadan asılı olub və onun vassalına çevrilib.(musavat.com)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti