Z.Həsənov Türkiyə müdafiə nazirinə başsağlığı verib

7-09-2015, 19:56
Oxunub: 884
Ordu generalı Hulusi Akara başsağlığı məktubları ünvanlayıb


Azərbaycanın  müdafiə naziriZakir Həsənov Türkiyənin Hakkari vilayətinin Dağlıca bölgəsində baş vermiş terror aktı nəticəsində türk hərbçilərinin şəhid olması və yaralanması ilə əlaqədar bu ölkənin müdafiə naziri Vecdi Gönülə və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akara başsağlığı məktubları ünvanlayıb.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etatist.com-a verilən məlumata görə, məktublarda bildirilir: "Qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti