"WhatsApp" istifadəçilərinin sayı rekord həddə çatıb

7-09-2015, 15:31
Oxunub: 671
Mesajlaşma xidmətinin ötən ay 900 mln. aktiv istifadəçiyə çatdığı bildirilib


“WhatsApp” şəbəkəsi “Facebook” şirkəti tərəfindən alındıqdan sonra yeni rekorda imza ataraq aylıq aktiv istifadəçilərinin sayı 900 mln.-a çatıb.

Report.az  Türkiyə mediasına istinadən bildirir ki, keçən ilin əvvəlində “Facebook”un 19 mlrd. dollar qarşılığında aldığı “WhatsApp” tətbiqinin qurucusu Jan Koum “Facebook” üzərindən yaydığı məlumatda, mesajlaşma xidmətinin ötən ay 900 mln. aktiv istifadəçiyə çatdığını bildirib.

Tətbiqin “Android” versiyasının 1 mlrd. dəfə yükləndiyini nəzərə alsaq, bu nəticə gözlənilən idi. Keçən ay aparılan araşdırmanın nəticəsinə görə,“WhatsApp” istifadəçilərinin 1/3-i “Android”indir, “iOS”daki istifadəçilərin yalnız 22%-i bu tətbiqi istifadə edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti