​Polşada referendum baş tutmayıb

7-09-2015, 13:51
Oxunub: 547
Bu tədbirin baş tutması üçün seçkilərin 50 faizi və bir seçici iştirak etməlidir


Seçicilər az iştirak etdiyindən Polşada ümumxalq referendumu baş tutmayib.

Report "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Polşa Dövlət Seçki Komissiyası açıqlama yayıb.

Xəbərə görə, referenduma üç mövzu çıxarılıb: Seymə (Aşağı Palata) seçkidə bir mandatlı dairələrin yaradılması, siyasi partiyaların büdcədən maliyyələşdirilməsinin ləğvi və vergilər haqda qanuna dəyişiklərin edilməsi.

Qeyd edək ki, sabiq prezident Bronislav Komorovskinin qanunvericilik təşəbbüsü ilə bağlı referendumun keçirilməsini bu il mayın 21-də Senat (Yuxarı Palata) təsdiqləmişdi.

Xatırladaq ki, referendum dünən keçirilib. Onun nəticələri bu gün açıqlanıb. Komissiyanın məlumatına əsasən, referendumda seçicilərin 7,48 faizi iştirak edib. Bu tədbirin baş tutması üçün seçkilərin 50 faizi və bir seçici iştirak etməlidir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti