İran və Avstriya arasında 7 sənəd imzalanacaq

7-09-2015, 12:40
Oxunub: 500
İran Avstriyaya öz universitetlərində burslar təklif edəcək


Avstriyanın elm naziri bu gün ölkəsinin 17 universitet rektoru ilə birgə İrana səfər edir.

Nazir Avstriyanın Federal Prezidenti Haynts Fişerin bu gün İrana rəsmi səfər edən nümayəndə heyətinin tərkibində təmsil olunur. Bunu İranın elm, araşdırmalar və texnologiyalar nazirinin beynəlxalq münasibətlər üzrə müavini Hüseyn Salar Amoli deyib. Bu barədə İSNA agentliyi məlumat verir.

H.Salar Amoli deyib ki, bu elmi nümayəndə heyəti Avropa ölkələrindən İrana səfər edən ən böyük elmi heyətdir.

Onun sözlərinə görə, səfər zamanı İran və Avstriya arasında elmi sahədə 7 sənəd imzalanacaq: "Bu sənədlərdən biri İranın Elm, Araşdırmalar və Texnologiylar Nazirliyi ilə Avstriyanın Elm Nazirliyi arsında imzalanacaq. Digər 6 sənəd isə İran və Avstriya universitetləri arasında əməkdaşlıqların artırılması sahəsində imzalanacaq".

H.Salar Amoli deyib ki, İran Avstriyaya öz universitetlərində burslar təklif edəcək: "İki ölkə arasında tələbə və müəllimlərin mübadiləsi və burslar sahəsində əməkdaşlığın artırılmasında maraqlıyıq". 

Qeyd edək ki, Avstriyanın Federal Prezidenti Haynts Fişer bu gün İrana səfər edir. Səfərdə H.Fişeri 130 şirkət rəhbəri və müxtəlif rəsmilər müşaiyət edir. (Trend)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti