Onlar da Etatist'i dəstəklədi

19-02-2013, 14:12
Oxunub: 1218


Xocalı faciəsinin 21-ci ilinin tamam olunması ilə bağlı Etatist.com internet qəzeti olaraq "Qarabağı istəyirik” mövzusunda gənclərin, siyasi görüşündən, təhsilindən, ictimai fəal olub olmamasından asılı olmayaraq söz demək hüququnun olacağı müzakirə təşkil edirik.

Mövzuyla bağlı Etatist.com-a danışan Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı, Azərbaycan gəncləri Qarabağ münaqişəsinə biganə olmadıqlarını nümayiş etdirməlidir. Bu münaqişəni həytında ən çox yaşayan Azərbaycan gəncləri olub. Onlar öz uşaqlıq dövrlərini müharibə şəraitində olan ölkədə keçiriblər. Buna görə, mən bunu çox yaxşı hal kimi qiymətləndirirəm. Həmin vaxt mən Gürcüstanda Qarabağ münaqişəsilə bağlı müzakirədə olacam. Ermənistan Avropa Hərəkatının rəhbərliyi və Azərbaycan Avropa Hərəkatının rəhbərliyi bu münaqişənin sülh yoluyla həll olunmasında vətəndaş cəmiyyətinin rolunu müzakirə edəcəyik. Maraqlı təsadüfdür ki, bu tədbirlə üst-üstə düşür.

Pənah Hüseyn isə gənclərə uğurlar dilədi. "Prinsip etibarı ilə gənclik Azərbaycanın dövlətin və millətin problemlərinin həllində əsas rol oynayan təbəqə olub. İstər milli azadlıq hərəkatı, istər demokratiya uğrunda mübarizə... O cümlədən də Qarabağ işğalının aradan qaldırılması üçün əsas yük gənclərin üzərinə düşür. Ümid həmişə gəncliyədir, inanıram ki, bu gənclik Azərbaycanın bötüvlüyünə də nail ola bilər, Azərbaycanda müasir mədəniyyətli cəmiyyət də qura bilər və o cümlədən Qarabağı da azad edəcəkdir. Mən buna inanıram." P.Hüseyn belə deyib.

 

 

Müzakirələrə qoşulmaq istəyənlər etatist.com@gmail.com e-mail ünvanına öz CV-lərini göndərə bilərlər. Müzakirələri hər kəs izləyə bilər. 
Əlaqə: 055 601 13 66 | 012 440 18 52

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti