Ərdoğan Qərbdən gileyləndi: "Bizi tək qoydu"

7-09-2015, 10:33
Oxunub: 627
"Türkiyə üçün PKK-dan sonra ikinci təhdid mənbəyi İŞİD-dir"


"Yalnız İŞİD-ə qarşı deyil, terrorçu PKK, PYD (Kürdlər Demokratik Birlik Partiyası) və DHKP-C-yə qarşı da (İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi) mübarizə aparırıq".

Türkiyə KİV-i xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, Qərb bu mübarizədə Türkiyəni tək qoyub: "PKK-ya qarşı mübarizəni axıradək davam etdirəcəyik. Türkiyə üçün bir nömrəli təhdid terrorçu PKK-dır. İŞİD bizə xaricdən hədədir. Türkiyə üçün PKK-dan sonra ikinci təhdid mənbəyi İŞİD-dir.

Suriyada təhülkəsiz bölgə istəyimizin məqsədinin o ölkədə kürd idarəetmə sisteminin qurulmasının qarşısını almaq olduğu da yalandır". (Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti