"Azərişıq" ASC-yə məxsus yeraltı elektrik kabeli yanıb

6-09-2015, 20:35
Oxunub: 453
Dəmir yol xətti və digər kommunikasiyalar yanğından mühafizə olunub


Bu gün Bakının Binəqədi rayonu ərazisində yanğın hadisəsi baş verib.

Report xəbər verir ki, nəticədə dəmir yol xətti boyunca 60 kv.m sahədə quru ot, qamışlıq, yaxınlıqdan keçən "Azərişıq" ASC-yə məxsus yüksək gərginlikli yeraltı elektrik kabeli 10 p.m və dəmir yol xəttinə məxsus yüksək gərginlikli elektrik kabeli 10 p.m yanıb.

Dəmir yol xətti və digər kommunikasiyalar yanğından mühafizə olunub. Yanğın 13:24-də söndürülüb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti