Bolqar türklərinə ana dilini öyrənməyə icazə verilmədi

6-09-2015, 20:30
Oxunub: 537
Adı çəkilən partiya rəhbərliyində təmsil olunanların əksəriyyəti etnik türklərdir


Bolqarıstan parlamenti “Hüquq və azadlıqlar uğrunda” partiyanın orta məktəblərdə ana dillərin öyrənilməsini nəzərdə tutan layihəsini rədd edib.

Musavat.com-un məlumatına görə, bu barədə yerli “Trud” qəzeti yazıb.

Adı çəkilən partiya rəhbərliyində təmsil olunanların əksəriyyəti etnik türklərdir.

“Beləliklə, məktəblərdə yalnız bolqar dilinin öyrənilməsi məcburi olacaq – yalnız xarici dilləri dərindən öyrənən məktəblər istisna olmaqla. Ana dili bolqar dili olmayan şagirdlər isə öz dillərini yalnız fakültativ predmet kimi öyrənə bilərlər”, - deyə qəzet qeyd edib.

Partiya təmsilçiləri qanun layihəsinin rədd edilməsini milli azlıqların açıq assimilyasiyası adlandırıblar.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti