AAH rəhbərliyi hesabatını açıqlayacaq

19-02-2013, 12:18
Oxunub: 888


Azərbaycan Avropa Hərəkatı 20 fevral 2013-cü il, saat 16:00-da II konqresini keçirəcək. Konqres hesabat xaralterli olacaq.

Azərbaycan Avropa Hərəkatından Etatist.com-a verilən məlumata görə, Bakı Slavyan Universitetinin böyük akt zalında keçiriləcək konqresdə hərəkat rəhbərliyi son bir ilin hesabatın açıqlayacaq, növbəti ilin fəaliyyət planı və hərəkatın Əsasnaməsi səsverməyə çıxarılacaq.

Azərbaycan Avropa Hərəkatının nizamnaməsinə görə, hərəkatın prezidenti və İdarə Heyəti 3 il müddətinə seçilir. Lakin hərəkat rəhbərliyi hər il konqres təşkil edərək hesabatla çıxış edir. Bununla yanaşı hesabat konqresində AAH İdarə Heyəti tərəfindən tövsiyyə olunan qərarlar da müzakirəyə və səsverməyə çıxarıla bilər.

Konqresdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, dövlət qurumlarının nümayəndələri, yerli ictima-siyasi qurumlar, Azərbaycanın Avropaya inteqrasiyasını dəstəkləyən aktiv vətəndaşlar, AAH-nın üzvləri və media nümayəndələri iştirak edəcək.
AAH rəhbərliyi hesabatını açıqlayacaq
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti