​Malaziya sahillərində 43 miqrant meyiti tapılıb

6-09-2015, 11:29
Oxunub: 536
Qəza nəticəsində sağ qalanların sayı 20 nəfər təşkil edib


Malaziyanın qərb sahillərində qeyri-leqal miqrantları daşıyan qayığın qəzaya uğradığı yerdə xilasedicilər 43 meyit aşkar ediblər.

Report xəbər verir ki, bu barədə ölkənin Hilir Perak dairə polisinin rəis müavini Şuhayli Mohd Zain məlumat verib.

O təsdiq edib ki, ötən sutka ərzində gəmidə olan sərnişinlərdən birini belə xilas etmək mümkün olmayıb. Polisin sözlərinə görə, qəza nəticəsində sağ qalanların sayı 20 nəfər təşkil edib.

Qayıqda ümumilikdə 80 qeyri-leqal miqrant olub. Gəmi İndoneziya bayrağı altında üzüb və cümə axşamı Malaziya sahillərində batıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti