Fransada minlərlə insan miqrantlara dəstək olub

6-09-2015, 10:28
Oxunub: 603
Fransada qaçqınlara sığınacaq verilməsi sualı baxımından ictimai rəy ikiyə bölünür


Firəvan həyat və iş tapmaq məqsədilə Yaxın Şərq və Afrika ölkələrindən Avropaya keşməkeşli yollarla gəlib çıxan miqrantlara dəstək olmaq məqsədilə Parisin mərkəzi meydanına minlərlə insan toplanıb.

ANS PRESS-in məlumatına görə, əllərində "Qaçqınlar xoş gəlib" yazılı plakatlar tutan sakinlər və ictimai fəallar, miqrantlarla həmrəy olduqlarını ifadə edib, Fransa hökümətini qaçqınların sərbəst keçidi və ölkədə yerləşməsinə şərait yaratmağa çağırıb.

"Fransanın da Almaniyadan nümunə götürməsini istəyirəm. Yəni miqrasiya probleminin bütün səviyyələrində həllini tapması üçün daha çox işlər görülməlidir. Bu çox mürəkkəb problem olsa da, hər kəs öz payına düşən işini görsə , nələrisə dəyişə bilərik", deyə Fransa vətəndaşı Ameli Raçmoud bildirib.

Fransada qaçqınlara sığınacaq verilməsi sualı baxımından ictimai rəy ikiyə bölünür. Almaniyadan fərqli olaraq işsizliyin yüksək olması fonunda bir çoxları anti-immiqrasiya ölçülərini dəstəkləyir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti