Kerri və Lavrov İŞİD-lə mübarizəni müzakirə etdilər

6-09-2015, 01:27
Oxunub: 518
"Bu cür addımlar Suriyada gərginliyin artmasına səbəb ola bilər"


ABŞ dövlət katibi Con Kerri Rusiya XİN rəhbəri Sergey Lavrovla telefon danışığı zamanı Suriyadakı vəziyyətlə bağlı öz narahatlığını ifadə edib.

APA-nın verdiyi xəbərə görə, Kerri Lavrovla Rusiyanın Suriyada hərbi iştirakının gücləndirilməsinə dair mətbuatda yayılan xəbərləri müzakirə edib.

Kerrinin sözlərinə görə, əgər bu xəbərlər həqiqətə uyğundursa, onda bu cür addımlar Suriyada gərginliyin artmasına səbəb ola bilər.

Qeyd edək ki “The Telegraph” nəşri bundan əvvəl mənbələrinə istinadən yaydığı məlumatda Rusiyanın Suriyada hərbi baza açmaq niyyətində olduğunu bildirib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti