Britaniyanın teatr truppası Bakıda "Hamlet" tamaşasını nümayiş etdirəcək

5-09-2015, 18:49
Oxunub: 685
Layihə Şekspirin anadan olmasının 450, vəfatının 400-cü ildönümü münasibətilə həyata keçirilir


Britaniyanın tanınmış teatr truppası "Shakespeare's Globe" dünya turu çərçivəsində "Hamlet" tamaşasını Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdiriləcək.

APA-nın məlumatına görə, tamaşa "British Council" və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə nümayiş olunacaq.

Layihə Şekspirin anadan olmasının 450, vəfatının 400-cü ildönümü münasibətilə həyata keçirilir.

Dünyada 100-dən artıq ölkədə nümayiş olunan tamaşanın Akademik Milli Dram Teatrındakı nümayişi subtitrlər vasitəsilə mümkün olacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti