​İran və Qırğızıstan arasında yeni müqavilələr imzalanıb

5-09-2015, 18:19
Oxunub: 536
Bu gün Qırğız Respublikasının prezidenti Tehranda İran prezidenti ilə görüşüb


İran və Qırğız Respublikası arasında 8 sahə üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

 Report xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb. Məlumata görə, iki ölkə arasında energetika, media, hava nəqliyyatı və tranzit, konsulluq xidməti sahələri, ticarət palataları, Xarici İşlər nazirlikləri arasında əməkdaşlığa dair və məhbusların ekstradisiyası ilə bağlı müqavilələr imzalanıb.

Qeyd edək ki, bu gün Qırğız Respublikasının prezidenti Almazbek Atambayev Tehranda İran prezidenti Həsən Ruhani ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi, bölgədə və beynəlxalq aləmdəki vəziyyət, təhlükəsizlik məsələləri, habelə Çin-Qırğızıstan-Tacikistan-Əfqanıstan-İran dəmir yolu xəttinin inşası layihəsi ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti