Dənizdə batmaq təhlükəsi ilə üzləşən üç nəfər xilas edilib

5-09-2015, 17:56
Oxunub: 544
Fakt Xəzər rayonu ərazisində qeydə alınıb


Bakıda üç nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.

Etatist.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən 2 nəfər nazirliyin dalğıc-xilasediciləri tərəfindən 2 nəfər xilas olunub.

Xidmətə daxil olan məlumata görə, digər fakt Xəzər rayonu ərazisində qeydə alınıb. Orada da 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batmaq təhlükəsi ilə üzləşən şəxsin həyatı xilas edilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti