Aİ Dağlıq Qarabağda qondarma "seçkilər"i tanımır

5-09-2015, 14:34
Oxunub: 551
Aİ Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"in legitimliyini tanımır


Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağda qondarma "seçkilər"i tanımır.

Bunu Trend-ə Avropa Komissiyasının rəsmi nümayəndəsi Mayya Kosyançiç separatçı rejimin sentyabrın 13-də Azərbaycanın işğal edilmiş ərazilərində "özünüidarə orqanları"na qanunsuz "seçkilər" keçirməyi planlaşdırması məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Aİ Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"in legitimliyini tanımır və bu "seçkilər" Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsi prosesinə zərər vura və danışıqlar prosesinə təsir göstərə bilməz.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti