​"Brent" markalı neft 50 dollarlıq psixoloji həddən aşağı düşüb

5-09-2015, 09:56
Oxunub: 521
2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barel olacağı gözlənilir


Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,70 dollar və ya 1,50% ucuzlaşaraq 46,05 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 2,11% yaxud 1,07 dollar azalaraq 49,61 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barel olacağı gözlənilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti