Bakıda içməli su fasilələrlə veriləcək

19-02-2013, 10:53
Oxunub: 1833


Fevralın 19-20-də Bakının Səbail və Yasamal rayonlarının bəzi yerlərində içməli suyun təchizatında məhdudiyyətlər yaranacaq.
 
«Azərsu» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə paytaxtın Yasamal rayonu Mikayıl Müşfiq küçəsində yeni çəkilmiş 500 mm diametrli magistral su xətti şəbəkəyə qoşulur: «Bununla əlaqədar fevralın 19-20-də Səbail rayonunun Badamdar və Bayıl qəsəbələrinin bəzi yerlərinə, eləcə də Yasamal rayonunun Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli su müəyyən məhdudiyyətlərlə veriləcək. Yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyirik».
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti