Hesablama Palatasında büdcədən istifadə müzakirə olunub

4-09-2015, 18:27
Oxunub: 813
Bir audit tədbiri üzrə isə proqrama dəyişiklik olunub


Azərbaycan Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. Toplantıda dövlət büdcəsindən Azərbaycanın NATO yanında Nümayəndəliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib. "Report"un verdiyi xəbərə görə, bu barədə Hesablama Palatası məlumat yayıb. 

İclasda, həmçinin Ağstafa və Ucar rayon icra hakimiyyətlərinə və tabeliklərində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair hesabatlar dinlənilib.

Bundan başqa, dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Xaçmaz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirləri barədə hesabatlar müzakirə mövzuları arasında yer alıb.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında, həmçinin, iş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiq edilib, bir audit tədbiri üzrə isə proqrama dəyişiklik olunub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti