ATƏT-in Dağlıq Qarabağdakı "seçkilər"lə bağlı mövqeyi dəyişməz qalır

4-09-2015, 13:43
Oxunub: 659
"Biz Dağlıq Qarabağ xalqının öz müqəddəratının təyin etmək rolunu qəbul edirik"


Dağlıq Qarabağda keçirilən “seçkilər”lə bağlı ATƏT-in mövqeyi dəyişməz olaraq qalır.

Bu barədə APA-ya ATƏT-in mətbuat xidmətindən işğal olunmuş Azərbaycan ərazisində separatçı rejimin “yerli özünüidarə orqanlarına seçkilər” keçirməsi ilə bağlı planlarına münasibət bildirilərkən məlumat verilib.

Mətbuat xidməti ATƏT-in Minsk qrupu həmsədrlərinin 30 aprel 2015-ci il bəyanatlarını da xatırladıb: “Həmin bəyanatda göstərildiyi kimi münaqişənin hərtərəfli həlli kontekstində  biz Dağlıq Qarabağ xalqının öz müqəddəratının təyin etmək rolunu qəbul edirik. Lakin nə 3 həmsədr ölkə, nə də başqa ölkələr Dağlıq Qarabağı müstəqil və suveren ölkə kimi tanıyır. Həmsədrlər keçiriləcək “seçkilər”in nəticələrinin Dağlıq Qarabağın hüquqi statusunu dəyişəcəyini qəbul etmirlər. Bu heç bir halda Dağlıq Qarabağın son statusunu və ya Dağlıq Qarabağmünaqişəsinin uzunmüddətli və sülh yolu ilə həlli üzrə danışıqlar prosesinin nəticələrini əvvəlcədən müəyyən etmir”. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti