​Astanada Türk Şurasının beşinci sammiti keçiriləcək

4-09-2015, 12:02
Oxunub: 482
Təşkilata Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir


Sentyabrın 11-də Qazaxıstanın paytaxtı Astanada Türk Şurasının beşinci zirvə toplantısı keçiriləcək.

"Report" "Today`s Zaman"a istinadən xəbər verir ki, sammitin əsas mövzusu media və informasiya məsələləri olacaq.

Astana sammitindən əvvəl, sentyabrın 5-də təşkilatın Təhsil nazirlərinin növbəti görüşü keçiriləcək, sentyabr 10-da isə Türk Şurasına üzv dövlətlərin Xarici işlər nazirləri bir araya gələcəklər.

Xatırladaq ki, 2013-cü ildə Türk Şurasının sammiti Azərbaycanın Qəbələ şəhərində, 2014-ci ildə isə Bodrumda baş tutub.

Türk Şurası təşkilatı 2009-cu ilin oktyabrında Naxçıvanda yaradılıb. Təşkilata Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti