Cəlilabad RİH başçısının I müavini vəzifəsinə təyinat olub

4-09-2015, 11:58
Oxunub: 575
“Hazırda təhsil şöbəsinin müdiri vəzifəsi vakantdır”


Cəlilabad Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.

Bu barədə Report-un sorğusuna cavab olaraq RİH-dən bildirilib.

Məlumata görə, Vidadi Dövlətov RİH başçısının I müavini vəzifəsinə təyin edilib. V.Dövlətov bu təyinata qədər Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.

“Hazırda təhsil şöbəsinin müdiri vəzifəsi vakantdır” - RİH-dən bildirilib.

Qeyd edək ki, RİH başçısının birinci müavini Asif Əzizov ötən ay vəzifəsindən azad edilib.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti