Türkiyə parlamenti mandatın müddətini uzadıb

4-09-2015, 10:42
Oxunub: 444
Türkiyə rəhbərliyi təhlükə yaranmayınca quru əməliyyatlara başlamaq niyyətində deyil.


Türkiyə parlamenti İraq və Suriyaya ordunun yeridilməsinə dair mandatın müddətini bir il uzadıb.

APA-nın məlumatına görə, mandat ordu birləşmələrinin İraq və Suriyaya yeridərək İŞİD terror qruplaşması ilə mübarizə aparmağa imkan verir.  

Bununla belə, Türkiyə rəhbərliyi ölkənin milli təhlükəsizliyinə birbaşa təhlükə yaranmayınca quru əməliyyatlara başlamaq niyyətində deyil.

Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri ötən həftə İŞİD-lə mübarizə aparan ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya qoşulub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti