Zema və Ayka Etatist`ə danışdı - Video

19-02-2013, 10:00
Oxunub: 7875


Bu yaxınlarda "youtube"a yerləşdirdikləri bir kliplə bütün Azərbaycana səs salan iki yeniyetmə qız Etatist.com-a müsahibə verdi. Onların biri özünə "Meyxanaçı Zema", digəri isə "Repçi Ayka" deyir. Replə meyxanı bir yerdə təsəvvür etmək çətin olsa da bu 13-14 yaşında olan qızlar bunu bacarıblar. Lil'Orxanın fanatı olan Repçi Ayka atasının, onun rep deməsinə qarşı olduğunu deyir. Həmin video birmənalı qarşılanmasa da müsahibəni sizə təqdim edirik:

- Özünüzü təqdim edin.
- Məmmədova Aysel. 1999-cu ildə anadan olmuşam, 13 yaşım var. 23 nömrəli məktəbin 8-ci sinifində oxuyuram.
- Bu yaşda repə necə gəldiniz?
- Sadəcə qulaq asdım və xoşuma gəldi. Sonrada özüm başladım rep deməyə.
- Sözləri özünüz yazırsız?
- Zema ilə ikimiz yazırıq.
- Kimlərə qulaq asırsız?
- Lil Orxana, Roşkaya, Alikoya qulaq asıram.
- Bəs rep yazanda onların sözlərindən istifadə edirsinizmi?
- Oxuduğumuz bir mahnıda Lil Orxanın sözlərindən istifadə etmişik. Hansı ki, onun klipini də çəkib youtube-a yerləşdirmişdik. Elə o mahnıda Lil Orxanın sözlərini oxumuşam.
- Ancaq Azrepə qulaq asırsınız yoxsa xariciləri də dinləyirsiniz?
- Xeyr, ancaq Azərbaycan repinə qulaq asıram.
- Repdən başqa hansısa musiqi janrına qulaq asırsınızmı?
- Hərdən Röyaya filan qulaq asıram.
- Onlardan bəhrələnirsiniz yoxsa yox?
- Yox sadəcə qulaq asıram. Replərimdə, yazdığım mahnılarda onlardan istifadə etmirəm.
- Siz oxuduğunuz mahnıların minuslarını hardan əldə edirsiz?
- Köməklik edirlər. Məsələn bu klipini çəkdiyimiz mahnının musiqisini tapmaqda bizə oranjemançı kömək etmişdi.
- Replə həvəskar məşğul olursunuz yoxsa peşəkar saviyyədə?
- Hələ həvəskaram amma peşəkar səviyyədə məşğul olmaq istəyirəm.
- Bir neçə müddətdən sonra albom üstündə işləmək fikriniz varmı?
Hələ heç nəyi dəqiq deyə bilmərəm amma yəginki olar.
- Azrepdə Lil Orxandan, Roşkadan və Alikodan başqa dinlədiyiniz reper yoxdumu?
- Onlar daha çox xoşuma gəlir.
- Nəyə görə?
- Repləri daha fərqlidir. Mahnıların sözləri filan, çox xoşuma gəlir. Ümummilikdə onları çox bəyənirəm.
- Rep sözlərini yazmaq üçün insanın söz ehtiyyatı olmalıdır. Siz bu söz bazasını gücləndirmək və fikirlərinizi daha da genişləndirmək üşün mütaliyə edirsinizmi?
- Bəli oxuyuram amma heç nə yadımda qalmır. Yəni hansı kitabları oxuduğum yadımda qalmayıb.
- Azrepdə olan reperlərdən, Lil Orxan, Roşka və Alikodan başqa kimlərlə iş birliyi etmək istəyərsiniz?
- Onlardan başqa Dado ilə olsun istəyərdim.
- Birinci mahnınız necə oldu ki, işıq üzü gördü? Yəni buna necə qərar verdiniz?
- Birinci mahnını oxumaq Zemanın təklifi idi. Daha doğrusu o mənə zəng etdi dedi ki, mahnı oxuyaq sonra məni götürdü getdik mahnını oxuduq. O mahnıda Lil Orxanın ağlama mahnısından 2 bənd var. Qalanını isə özümüz köməkləşib meyxana şəkilində yazmışıq.
- Lil Orxanın xəbəri varmı bundan?
- Yəginki olar. Amma bununla bağlı tam məlumatım yoxdur. Yəni deyə bilmərəm ki, 100% xəbəri var ya yoxdur.
- Bundan sonra yenə bir yerdə işləyəcəksiz?
- Bəli bir yerdə işləyəcəyik. Düzü əslində replə meyxana turmur amma biz yenə də bir yerdə işləyəcəyik. Yəni çalışırıq.
- Bəs hansısa reperdən indiyə kimi sizə bir təklif gəlib?
- Yox. İndi Ceka ilə bu haqda danışıram. Amma dəqiq bir şey yoxdur.
- Hip-Hop nədir? Bu haqda məlumatınız var?
- Yox amma öryənmək lazımdır.
- Yaşınız hələ çox azdır. Yəni 13 yaşınız var. 13 yaşda rep deməyinizi ətrafınızda olanlar necə qarşıladılar?
- Məktəbdə uşaqlar tez-tez deyirlər ki, rep nədi deyirsən, lazım deyil. Amma mən onlara deyirəm ki, bu mənim xoşuma gəlir. Amma belə ümumi götürsək çoxda pis qarşılanmadı. Demək olar ki, yaxşı qarşıladılar.
- Axıra kimi ancaq replə gedəcəksiz?
- Yox. Bəlkə instituta getdik. Amma bu haqqda tam fikirləşməmişəm.
- Gələcək üçün nə planlarınız var?
- Mən replə məşğul olacam, Zema musiqili meyxana ilə. Amma klip çəkdirmək fikrimiz yoxdur.
- Sizin çəkdiyiniz klip profesional deyildi. Yəni sadəcə kameranı bir yerə qoymusunuz və çəkmisiniz. İkinizdən başqa heç kim yoxdur. Bəs profesional klip çəkdirmək istəyirsinizmi?
- Yox hələ istəmirik. Məşhur olandan sonra bəlkə belə fikirimiz olar amma indi yox. Çünki klip yaxşı qarşılanmamışdı. Çünki, biz klipi youtube-a yerləşdirdik və kommentlərə nalayiq sözlər yazılmağa başladılar. Buna görə də biz klipi götürdük. Amma sonra kimsə onu yenidən yerləşdirdi.
- Bəs niyə məşhur olandan sonra klip çəkdirməyi düşünürsünüz?
- Çünki bəlkə qorxarlar ki, məşhurdular bunlar, nəsə pis şey eləsək problem olar, heç nə yazmazlar.
- Birinci dəfə hansı repə qulaq asmısınız?
- Birinci dəfə Lil Orxanın sevir axı mahnısına qulaq asmışam. Elə Lil Orxanıda o mahnı ilə tanıdım.
- Sizcə məşhur olmaq üçün nə lazımdır?
- Məncə məşhur olmaq üçün özünə inam lazımdır.
- Hansısa verlişə sizi qonaq çağırsalar ora çıxarsınızmı?
- Bilmirəm. Çünki mənim atam rep deməyə mənə icazə vermir.
- Bəs bir gün məşhur olsanız və atanız bundan xəbər tutsa nə edərsiniz?
- Əl çəkmərəm repdən. Deyərəm ki, repdən çox xoşum gəlir və bununla məşğul olmaq istəyirəm.
- Azərbaycanda repdə məşhurlaşmağın bir həddi var. Məsələn Azərbaycanda reperlər Bakıdan başqa şəhərə çıxa bilmirlər. Bircə HOST başqa şəhərlərdə filan konsert verdi. Bəs siz bunu dağıda biləcəksiniz yoxsa yox?
- Məşhur olandan sonra əlbətdə.
- Məşhur olmaq üçün hansısa bir məşhurla duet etmək lazımdırmı sizcə?
- Xeyr. Əgər onun özünə inamı varsa bu lazım deyil.

"Mənim nənəm də meyxana deyirdi"

- Zema xanım siz də bir az özünüz haqda danışın.
- Adım Zemfiradı. 1999-cu ildə Bakıda anadan olmuşam.
- Bəs siz Zema, meyxanaya gəlməyiniz necə oldu?
- Bizdə ailədə demək olar ki, hamı meyxanaçıdır. Bu mənə təsir etdi. Mənim nənəm də meyxana deyirdi. Sonra Pərviz Bülbüləlini dinlədim onun suyu şirin gəldi və o məni bir az da həvəsləndirdi.
- Ancaq Pərbiz Bülbüləliyə qulaq asırsınız, başqa heç kimə?
- Başqalarınada qulaq asıram amma ən çox Pərvizə.
- Meyxananın janrı var?
- Bilmirəm, dəqiq deyə bilmərəm.
- İndi sona qədər meyxana ilə getmək istəyirsən?
- Bəli meyxana ilə getmək istəyirəm. Başqa bir planım və fikrim yoxdur. Meyxana mənə çox maraqlı gəlir və meyxana ilə məşğul olmaq mənə zövq verir.
- Bir reperlə bir rocker bir araya gələndə aralarında münaqişə olur. Bəs bir meyxanaçı ilə reper bir araya gələndə nə baş verir?
- Bu günə kimi bizim Ayka ilə aramızda belə şey olmayıb, yəginki bundan sonra da olmayacaq.
- Sizcə meyxana insanlara nə çatdıra bilər, rep nə çatdıra bilər? Aradaki fərqi necə görürsünüz?
- Əslində mən repə belə qulaq asmamışam heç aram yoxdur. Bir neçə dəfə Ayka deyib elə qulaq asmışam. Buna görə deyə bilmərəm bunu. Yəgin ki, hərəsinin özünün bir başqa çatdıracağı şey var.
- Son olaraq sizin cəmiyyətə sözünüz nədir?
- Meyxanaçıları təhqir etməsinlər və bütün meyxanaçılara hörmət etsinlər.
- Bəs sizin sözünüz nədir, Aysel?
- Repçiləri təhqir etməsinlər.

Şərhlər : 14 Şərh yaz
CEYHUN 23 fevral 2013 17:19  
ela super bu qizlara halaldi ne olsunki klipde tehqir olub men ise deyerdim halaldi bu qizlara ve en esasda Zemaya bu mahni ile qabaga getdiler ZEMA eger bu yazini gorubse bilki zema men senin fanatinam seni cooooooooooooox sevirem o pis sozlere fikr verme sen ee sensen sen zorsan yeksen o ki qaldi aykaya ayka zema 1ci sorada sen heleliy

ZEMA YEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEE

EEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEE

EEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEE

EEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEE

EEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEE

EEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEE

EEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEE

EEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEE

EEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEEE

EEEEEEEEK

ZEMADA AYKADA ZORSUZ AMMA MENCE ZEMA DAHA GUCLUDU HELELEIIIIIIIIIIIIIIY BU MUSAHIBE ELADI YENI NESE OLSAYDI YENE OXUYARDIG

AYKA ADAWIM OLSANDA SENDE YAXWISAN AMMA MEYXANACI QIZ ZEMA DAHA MARAGLI GELIR MENE 14 YAWINDA MEYXANA DEMEYI ELADI UGURLAR YENI MUSAHIBELER GOZLEYIRIK OPDUUUUUUM
aynur 25 fevral 2013 21:26  
aysel oznu pis aparir deli deli hereketler edir amma zema ozu bilir harda oznu nece aparmag lazimdir
orxan 26 fevral 2013 11:56  
ZEMA duzdu oglan fason qizdi taniyiram realda ureyi acig qizdi bu musahibeye gore daha cox onu cox isdedim halaldi meyxana senetini bele sevir ve secib bizlede arada bir deyiwir heyetde zadda amma bele AYKA mence repci ola bilmez cunki her rep yazanda qacir zemanin usduneki mene bele weir rep zad yaz biyabirciligdi axi

ZEMAAAAAAAAAAAAAAAAAA XAHIW ZEMANI MENE TAPIN ONU ELE SEVIREM FANATIYAM XAHIW NOMUNU VERIN MENE AYKANINDA XALA QIZI FANATDI NOMLERIN VERIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIN
perviz bulbule 13 mart 2013 18:07  
maraglidir insallah ZEMAYLA duet oxumag isderdim
naiad 13 mart 2013 18:11  
sunqayit
MEYSIZ XANA 6 aprel 2013 22:25  
YOX siz sehv edirsiz aykada pis deyil ikiside qizdi her ikisi eladi ancag Zemanin bu yawda meyxana demeyi lap gozeldir maraglidir
hikmat 11 aprel 2013 12:55  
bu nediye
BY ELIK 29 aprel 2013 10:29  
BUNALR A BIR SUAL VERIN KI BUNLAR REP OXUYUR YOXSA MEYXANA ?
1DE KI BELE MANISDARI ANACAQ DOSTARINA QEDER TANIYACAQLAR FISO.......!!!!!!!!

BUNLAR REP OXYUR YOXSA MEYXANA HEC OZLERIDE BILMIR SIZ DE SORUWUN GOREY ?!!!!!!!!!!!1
nur 31 avqust 2013 13:04  
mence repide meyxananida tehqir eliyen ele ozleridi.
bayram 13 sentyabr 2013 12:35  
mence hecde ele deyil superdiler men beyenrem helenin oz fkri var
Azik-Rap 14 noyabr 2013 22:46  
Salam Men Bir Repciyem Oz Treklerim Oz Fanatlarim Var azrepin adin batirmayin direm
Saida 21 avqust 2014 15:57  
No like
lale 29 dekabr 2014 01:20  
kulbasuzaa sizden qiz olaceyy
vuqar 29 dekabr 2014 01:29  
a beyem qizda meyxana deyer..? bunediyee. day qizlarda meyxana deyenden sora oglanlar nicolsun. zemfirenin lap oglan oglan hereketleri et tokendii. nc nc nc
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti