​NATO tarixində ilk dəfə genişmiqyaslı təlim keçiriləcək

3-09-2015, 20:25
Oxunub: 663
Alyansa üzv 28 ölkədən və tərəfdaş dövlətlərdən 36 min hərbçi iştirak edəcək


NATO-nun tarixində ilk dəfə "Trident Juncture-2015" adlı genişmiqyaslı hərbi təlimlər keçiriləcək.

Report Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Ukraynanın NATO-dakı nümayəndəliyinin müvəqqəti başçısı Yeqor Bojok bildirib.

Xəbərə əsasən, təlimlər sentyabrın 28-dən noyabrın 6-dək İtaliya, Portuqaliya, İspaniya, Kanada, Norveç, Almaniya, Belçika, Niderlandda, habelə Atlantik okeanında, eləcə də Aralıq dənizində keçiriləcək. Təlimdə Alyansa üzv 28 ölkədən və tərəfdaş dövlətlərdən 36 min hərbçi iştirak edəcək.

"Trident Juncture-2015"ə Ukraynanın Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbərliyi də dəvət olunub.

Y.Bojok əlavə edib ki, sentyabrın 21-25-də Ukraynanın Yarovsk poliqonunda keçiriləcək mülki xarakterli böhranlı vəziyyətlərə cavab reaksiyası üzrə "Ukrayna-2015" adlı beynəlxalq təlimdə isə NATO-nun 32 üzvünün iştirak edəcəyi gözlənilir. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti