"Bank VTB" yeni pulköçürmə sisteminə qoşulub

3-09-2015, 18:38
Oxunub: 603
Bu gün bank 14 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub


"Bank VTB" (Azərbaycan) "Blizko" pulköçürmə sisteminə qoşulması prosesini başa çatdırıb. Bankdan Trend-ə verilən məlumata görə, “Blizko” sistemi MDB və yaxın xarici ölkələrdə fəaliyyət göstərən 75 mindən çox məntəqədə pul köçürmək və qəbul etmək imkanı verir. Pulköçürmələr dollar, avro və rus rublu ilə həyata keçirilir.

İstiqamətdən asılı olmayaraq, köçürmənin sürəti 1 dəqiqə vaxt alır. Xidmət üzrə komissiya yalnız vəsaiti göndərən şəxsdən tutulur. Komissiya orta hesabla köçürülən vəsaitin 0,5-0,8%-ni təşkil edir.

"Blizko" təcili pulköçürmə xidmətlərindən "Bank VTB"-nin (Azərbaycan) bütün filiallarında, o cümlədən Xırdalan, Sumqayıt və Gəncə şəhərlərindəki ofislərində istifadə etmək olar.

"Bank VTB"-nin (Azərbaycan) İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib: "Biz hər zaman müştərilərimizə keyfiyyətli xidmət göstərməyə çalışırıq. Məhz buna görə də "Bank VTB" (Azərbaycan) pulköçürmə xidmətlərini genişləndirir. "Blizko" sistemi bankın müştərilərinə tez, etibarlı, asan və sərfəli qiymətə pulköçürmə əməliyyatları aparmağa imkan verəcək".

"Bank VTB" (Azərbaycan) ASC "VTB Bank" ASC-nin törəmə bankıdır. "Bank VTB" (Azərbaycan) ASC-nin səhmdarları "VTB Bank" ASC və "AtaHolding" ASC-dir. "Bank VTB" (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti