Bakıda bir neçə marşrut xətləri dəyişdi - SİYAHI

3-09-2015, 16:51
Oxunub: 675
62, 70 və 92 nömrəli avtobus marşrut xətlərində də dəyişiklik edib


Nəqliyyat Nazirliyi "Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları" MMC Bakı şəhərinin marşrut xətlərində təkmilləşdirmə işlərinin aparılması və sakinlərin müraciətlərini nəzərə alaraq 62, 70 və 92 nömrəli avtobus marşrut xətlərində də dəyişiklik edib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az - a verilən məlumata görə, 62 nömrəli marşrutun xəttində 01.09.2015-ci il tarixindən etibarən dəyişiklik edilərək avtobusların hərəkəti Sabunçu qəsəbəsi - "Koroğlu" metro stansiyası istiqamətində Heydər Əliyev pr. - Atletlər kəndi - X. Rza küç. - nəqliyyat qovşağı - Z. Bünyadov pr. və sonra mövcud xətti ilə, əks istiqaməti mövcud xətti ilə təşkil edilib.

70 nömrəli marşrutun xəttində sentyabr ayının 1-dən etibarən dəyişiklik edilərək avtobusların hərəkəti "Neftçilər" metro stansiyası - Q.Qarayev pr. – Ə. Vəliyev küç. - M. Abbasov küç. - M. Əliyev küç. - Elektrik qatarlarının Deposunadək və əks istiqaməti də həmin xətlə təşkil edilib.

92 nömrəli marşrutun xəttində sentyabrın 3-dən etibarən dəyişiklik edilərək avtobusların hərəkəti Yeni Avtovağzal - Sumqayıt şossesi - Moskva pr. - A. Mustafayev küç. - Cavadxan küç. - "M.Əcəmi" metro stansiyası və əks istiqaməti Memar Əcəmi metro stansiyası - Cavadxan küç. - A. Məhərrəmov küç. və sonra mövcud xətti ilə təşkil edilib.

"Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları" MMC Səbail rayonu sakinlərinin "Sədərək" ticarət mərkəzi ilə birbaşa nəqliyyat əlaqəsinin yaradılmasına dair çox saylı müraciətlərini nəzərə alaraq hərəkət cədvəli "Sədərək" ticarət mərkəzi - Salyan şossesi - Bibiheybət məscidi - 20-ci sahə - Bibiheybət yolu – M.Useynov küç. – O.Abbasov küç. kəsişməsindən dönməklə yeni 120 nömrəli marşrut xətti təşkil edib. 120 saylı marşrut xəttinin əks istiqaməti Ə.Yaqubov - Bibiheybət yolu - 20-ci sahə - Muxtarov küç. - Bibiheybət məsçidi - Salyan şossesi - "Sədərək" ticarət mərkəzidir. Həmçinin, Lökbatan qəsəbəsi sakinlərinin də çoxsaylı müraciətləri nəzərə alınaraq 03.09.2015-ci il tarixdən etibarən 124 nömrəli marşrutun xəttində dəyişiklik edilərək avtobusların hərəkəti Lökbatan qəs. – Binə T/M – Lökbatan dairəsi – Salyan şossesi – 20-ci sahə - Bibiheybət yolu – M.Useynov küç. – O.Abbasov küç. kəsişməsindən dönməklə və əks istiqaməti Ə.Yaqubov küç. – Bibiheybət yolu – 20-ci sahə – Salyan şossesi – Lökbatan dairəsi – Binə T/M – Lökbatan qəsəbəsi olmaqla təşkil edilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti