ATƏT Dağlıq Qarabağda monitorinq aparmır

3-09-2015, 16:12
Oxunub: 451
ATƏT PA münaqişənin sülh yolu ilə tənzimləmək səylərini dəstəkləyir


"ATƏT-in Parlament Assambleyası (PA) təşkilata üzv olan ölkələrdə parlament seçkilərinin monitorinqini aparır. Dağlıq Qarabağ isə ATƏT-in üzvü deyil".

Bu barədə Trend-ə ATƏT PA-nın mətbuat xidmətindən separatçı rejimin sentyabrın 13-də qondarma "seçkilər" keçirməyə qərar verməsi barədə məlumatı şərh edərkən bildirilib.

Qeyd olunub ki, ATƏT PA ATƏT-in Minsk qrupunu və onun münaqişənin sülh yolu ilə tənzimləmək səylərini dəstəkləyir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti