Leyla Salmanlı

18-02-2013, 19:44
Oxunub: 3752


Bir qadın düşünün... Vəfalı, fədakar, namuslu.. O həm də anadır, nankor övladlarını belə sevib bağrına basan bir ana.

Bir gün bu qadın öz evində uşaqları ilə oturarkən çoxdan bəri onda gözü olan qonşusu zorla onun evinə girir və o qadına təcavüz edir. Bu vaxt qadının əri evə gəlir və həmin qonşunu döyməyə başlayır. Lakin camaat tökülüşüb həmin təcavüzçünü döyülməkdən xilas edirlər, üstəlik məhlədə həmin kişiyə salam da vermirler ki, niyə təcavüzçünü döymüsən. Bütün bu hadisələr, yəni analarına təcavüz də, atalarına qarşı edilən haqsızlıq da övladların gözü qarşısında baş verir.


Və bir gün həmin qadının oğullarından biri çıxır məhləyə, yığır camaatı başına və hər kəsə bəyan edir ki:

"O təcavüzçü qonşu anama heç nə eləməyib, anam özü pozğundur o qonşunu yoldan çıxarıb. Atam isə təcavüzçünü döydüyü üçün vəhşidir, insanlıqdan xəbərsizdir.. Və hətta elə o təcavüzün səbəbkarı da atamdır, o anamı özü könüllü həmin qonşuya təslim etsəydi yazıq qonşu da zorla nəsə eləmək məcburiyyətində qalmazdı. Və hər kəsin hüzurunda "təcavüz hüququ” pozulmuş qonşumuzdan üzr istəyirəm, yaxşı eləyib, yenə imkan tapsa yenə eləsin.”


Oğlan bu çıxışı edərkən hələ davam etməkdə olan məhkəmədə onun sözlərinin ailəsinə qarşı istifadə olunacağını yaxşı bilirdi. Yaxın qohumları əleyhinə ifadə vermək (xüsusən də yalan ifadə) məcburiyyətində olmadığını da bilirdi. Axı ata-anası boğazlarından kəsib cahil qalmasın deyə oxutmuşdular onu. Lakin o, təcavüzkar qonşusu haqqında məhkəmənin bəraət hökmü çıxarmasını səmimi qəlbdən diləyirdi. Çünki o bir humanist idi, cinayi əmələ məruz qalmış ailəsini "human” saymayan, cinayətkar qonşuya isə çəhrayı eynəklərlə baxan bir "humanist".


Qeyd: Həmin qonşu illər əvvəl keçmiş icra hakimiyyəti tərəfindən o əraziyə köçürülmüş və sözügedən ailənin torpağının artıq olması bəhanəsilə onların torpağında məskunlaşdırılmışdı.
Şərhlər : 1 Şərh yaz
sak 18 fevral 2013 22:17  
cox gozel paralel cekmisiz.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti