Metyu Brayzadan Bakıya Qarabağ dəstəyi

3-09-2015, 15:42
Oxunub: 472
13 sentyabr “seçkiləri” legitim kimi tanınmayacaq


“Dağlıq Qarabağ və ona bitişik 7 rayon Azərbaycanın ayrılmaz hissəsidir və ona görə də orada işğalçı rejim tərəfindən keçirilən, heç kim tərəfindən tanınmayan “seçkilər” legitim və hüququ qüvvəyə malik ola bilməz”.

Musavat.com-un məlumatına görə, bu sözləri Minsk Qrupunun sabiq amerikalı həmsədri, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri, Tallindəki Beynəlxalq Müdafiə Tədqiqatları Mərkzəinin direktoru Metyu Brayza “Vestnik Kavkaza” nəşrinə müsahibəsində deyib.

“Dünyanın heç bir ölkəsi, hətta Ermənistan Dağlıq Qarabağın suverenliyini tanımır. Bundan əlavə, beynəlxalq hüquq normalarına uyğun olaraq, Dağlıq Qarabağ və ona bitişik 7 rayon Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır. Deməli, 13 sentyabr “seçkiləri” legitim kimi tanınmayacaq və hüququ qüvvəyə malik olmayacaq - ki, bu yolla Dağlıq Qarabağın suverenliyinin tanınmasına və ya onun Azərbaycandan müstəqilliyinin tanınmasına yardımçı olsun” – qeyd edib sabiq səfir.

Brayzanın sözlərinə görə, əgər “Madrid prinsipləri”nin müddəalarına uyğun surətdə konfliktin nizamlanmasının baza prinsipləri qəbul edilərsə, o zaman Dağlıq Qarabağ sakinləri özlərinin hakimiyyət təmsilçilərini seçməyin qanuni hüququnu əldə eləmiş olarlar.

“Bunu hətta regionun yekun statusu dədiqləşməzdən öncə qazana bilərlər. Bütün tərəflər üçün ən yaxşısı o olardı ki, mübahisəli seçkilərdənsə, əsas prinsiplərin razılaşdırılmasına diqqət yönəldiləydi” - əlavə edib keçmiş həmsədr.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti