Xorvatiya Bakıda viza mərkəzi açıb

3-09-2015, 13:27
Oxunub: 505
Xorvatiya üzrə təkkeçidli vizalarla bağlı müraciətlərin qəbuluna başlayıb


Azərbaycan Respublikası vətəndaşları və ölkəmizdə qanuni əsaslarla yaşayan üçüncü ölkə vətəndaşlarından Xorvatiya üzrə təkkeçidli vizalarla bağlı müraciətlərin qəbuluna başlanılıb.

Bu barədə Trend-ə Azərbaycan XİN-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Xorvatiyanın Ankaradakı Səfirliyindən Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olmuş notada Xorvatiya ilə “VFS Global” beynəlxalq şirkəti arasında əldə olunmuş razılaşmaya əsasən, 31 iyul 2015-ci il tarixindən etibarən sözügedən şirkətin Bakı şəhərində fəaliyyətə başlayan mərkəzi (http://www.vfsglobal.com/croatia/azerbaijan/) Azərbaycan Respublikası vətəndaşları və ölkəmizdə qanuni əsaslarla yaşayan üçüncü ölkə vətəndaşlarından Xorvatiya üzrə təkkeçidli vizalarla bağlı müraciətlərin qəbuluna başladığı barəsində məlumat verilir.

Notada vətəndaşların qeyd olunan mərkəzin xidmətlərindən istifadə etməklə yanaşı, müraciətlərini Xorvatiya Respublikasının Ankara şəhərindəki diplomatik nümayəndəliyinə də ünvanlaya biləcəkləri qeyd olunur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti