Almaniya nə Qarabağ rejimini, nə də "seçkiləri" tanıyır

3-09-2015, 12:29
Oxunub: 467
Almaniya hökumət səviyyəsində davamlı olaraq "Dağlıq Qarabağ Respublikası"nın (DQR) tanınmaması siyasətini yürüdür


ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin onun ölkəsinin Dağlıq Qarabağda keçiriləcək "parlament seçkiləri"ni tanımayacağı barədə bəyanatından sonra Almaniya Xarici İşlər nazirliyi də məsələ ilə bağlı bəyanat yayıb.

"Vestnik Kafkaza"nın sorğusuna cavab olaraq Almaniya XİN-i bəyan edib ki, "federal hakimiyyət nə Dağlıq Qarabağdakı de-fakto rejimi, nə də o0nlar tərəfindən keçirilən seçkiləri tanımır".

Almaniya hökumət səviyyəsində davamlı olaraq "Dağlıq Qarabağ Respublikası"nın (DQR) tanınmaması siyasətini yürüdür, bu mövqeyi müxtəlif sənədlərdə nümayiş etdirir. Belə ki, ötən ilin payızında Almaniya hökuməti "Sol"fraksiyasının `DQR` özünümüdafiə ordusunun müstəqilliyi ilə bağlı parlamentə qaldırdığı iddiaları da təkzib edib .

Həmin vaxt Almaniya hökuməti bildirib ki, "Dağlıq Qarabağ Respublikası"nın `özünümüdafiə` ordusunun 23 min daimi əsgəri var: "Onlardan 8 mini Ermənistan Respublikası Silahlı Qüvvələrinin hərbçiləridir".

Almaniya federal hökumətinin dünyada hüquq müdafiəsi siyasəti üzrə 11-ci hesabatında da vurğulanır ki, "Ermənistan 1994-cü ildə atəşkəsin əldə olunmasından sonra işğal etdiyi Dağlıq Qarabağ da daxil olmaqla beynəlxalq hüquqa görə Azərbaycanın torpaqları hesab edilən ərazilərdə insan hüquqlarının vəziyyətinə görə məsuliyyət daşıyır". ( Azvision)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti