NASA-nın elmi peykinin radarı sönüb

3-09-2015, 11:14
Oxunub: 624
Peykin buraxılmasına ümumilikdə 915 milyon ABŞ dolları xərclənib


NASA-nın "SMAP" (Soil Moisture Active Passive) elmi peykinin Yer kürəsini skan edən 2 radarından biri sönüb. Bu barədə Trend TASS agentliyinə istinadən məlumat verir.

"Radarın sönməsi ilə bağlı yaranan çətinliklərə baxmayaraq, peyk öz işini davam etdirəcək və Yer kürəsi barədə məlumat toplayacaq", - NASA-nın məlumatında deyilir.

Qeyd edək ki, Yer kürəsi üzərində torpağın nəmişliyini müəyyənləşdirməyə malik olan peyk öz işinə may ayının 20-si başlayıb. Peykin buraxılmasına ümumilikdə 915 milyon ABŞ dolları xərclənib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti