Bir neçə icra başçısı dəyişdirildi - Sərəncam

2-09-2015, 18:28
Oxunub: 1417
Zakir Fərəc oğlu Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib


Prezident İlham Əliyev Eldar Əzizovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Etatist.com xəbər verir ki, sərəncamla Eldar Əziz oğlu Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin imzaladığı digər sərəncamla Zakir Fərəc oğlu Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Dövlət başçısı İlham Əliyevin imzaladığı digər sərəncamla Zakir Fərəcov Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılıb və onun yerinə İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Buna qədər İ.Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində çalışıb.

Prezident İlham Əliyev Nəsib Məhəmməd oğlu Məhəməliyevin Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında da sərəncam imzalayıb. N. Məhəməliyevin yerinə Asif Yunis oğlu Əsgərov təyin olunub. A. Əsgərov indiyədək Səbael Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti