MSK seçkiqabağı siyasi partiyalara xəbərdarlıq edib

2-09-2015, 16:54
Oxunub: 558
MSK sədri siyasi partiyaları ehtiyatlı olmağa, pozuntuya yol verməməyə çağırıb


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçkiqabağı təşviqatla bağlı siyasi partiyalara xəbərdarlıq edib.

APA-nın məlumatına görə, M. Pənahov bildirib ki, Seçki Məcəlləsinə və Təqvim Planına əsasən seçkiqabağı təşviqatın aparılması oktyabrın 9-da başlanacaq, 31 oktyabr saat 8.00-da dayandırılacaq.

M. Pənahov siyasi partiyaların Təqvim Planında göstərilən müddətdən əvvəl mətbuatda seçki ilə bağlı təşviqat aparmamalı olduğunu, bunun qanun pozuntusu sayıldığını qeyd edib. MSK sədri siyasi partiyaları bu həssas məsələdə ehtiyatlı olmağa, pozuntuya yol verməməyə çağırıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti