"Polis bölməsinə bomba qoyublar"

18-02-2013, 15:47
Oxunub: 635


Bomba haqqında yalan məlumat verən şəxs tutulub.

 

ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, fevralın 17-də saat 16.00 radələrində, Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng etmiş naməlum şəxs "Eşitmişəm Masallı RPŞ-nə bomba qoyublar" deyərək telefonu qapayıb.


Məlumat DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, müvafiq tədbirlər görülüb, təsdiqini tapmayıb.

Araşdırmalar zamanı zəng edən şəxsin Masallı rayonunun Qızılavar kənd sakini Rəşadət Əzizov olması müəyyən edilib və o, saxlanılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti