Gənclər "Qarabağ istəyirik" tədbirinə münasibət bildirdi

18-02-2013, 14:38
Oxunub: 1920


Xocalı faciəsinin 21-ci ilinin tamam olunması ilə bağlı Etatist.com internet qəzeti olaraq "Qarabağı istəyirik” mövzusunda gənclərin, siyasi görüşündən, təhsilindən, ictimai fəal olub olmamasından asılı olmayaraq söz demək hüququnun olacağı müzakirə təşkil edirik.

Bu barədə Etatist.com-a danışan Ümid Partiyasının sədr müavini Ruslan İzzətli, ideyanın çox yaxşı olduğunu dedi. R.İzzətli deyib ki, "Qarabağ Azərbaycanın ən mühüm problemidir. Gənclərin də bu məsələni qaldırması və bunun həllində çaba göstərməsi çox təqdirəlayiqdir. İllərlə hər bir təşkilat, hər bir partiya Qarabağ problemini istədiyi yöndə qaldırıb. Qarabağın dərdi, problemin həlli yolu başqa olub, çağırış edənlərin fikirləri isə başqa olub. Mən inanıram ki, Azərbaycan gənci Qarabağa aid çağırışında illərlə bu müxalifətin bu iqtidarın yürütdüyü yalnış siyasəti yürütməyəcək və daha yetkin bir fikir ortaya qoya biləcək. Qarabağ problemi Azərbaycan gəncinin birləşə biləcəyi yeganə problemlərdən biridir və biz gənclər birləşib 20 ildir bu peoblemi həll edə bilməyənlərə dur deməliyik, gənclik olaraq bu problemin həlli yolunu ortaya qoymalıyıq. Əgər biz bunu edə bilsək gənclik adına böyük iş görmüş olarıq. Mən və bütün dostlarım da bu tədbirə qatılacayıq. Qarabağ deyiriksə bunu əməlimizdə də göstərməliyik. Kim gəlmirsə öz Qarabağ "sevgisini" göstərir".

Klassik Xalq Cəbhəsi Partiyasının sədrinin gənclər məsələləi üzrə müşaviri Sərxan Carçı, Azərbaycanda gənclərin təşəbbüsü ilə ilk dəfə olaraq belə tədbirin keçirildiyini bildirdi. "Əlbəttə ki, tərifə layiq bir işdir. Belə problemləri gündəmə gətirmək lazımdır. Bu mövzuda ilk dəfədir ki, belə tədbir keçirilir. Qarabağ mövzusunu gündəmə gətirməklə gənclər təşkilatları, partiya gənclər təşkilatlarından da səmimi bir mövzu ortaya qoyuldu. Gündəmdə birinci bu məsələ olmalıdır. Sonra o biri mövzular gəlməlidir. Mən özüm də bu tədbirə qatılaram." S.Carçı belə qeyd edib.

Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı isə Qarabağ probleminin bütün Azərbaycanın problemi olduğunu vurğuladı: "Hər kəsin problemidir. Ona görə də gənclərin belə bir problem ətrafında toplanmasını çox yaxşı qarşılayırıq. Təbii ki, mən özüm də bu tədbirdə iştirak edəcəm".
 
Müzakirələrə qoşulmaq istəyənlər etatist.com@gmail.com e-mail ünvanına öz CV-lərini göndərə bilərlər. Müzakirələri hər kəs izləyə bilər. 
Əlaqə: 055 601 13 66 | 012 440 18 52
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti