“Apple” iPhone üçün tüstü detektorunu patentləşdirib

2-09-2015, 11:45
Oxunub: 434
Sistem tərəfindən cihaz sahibinin yeri barədə məlumatın yanğınsöndürmə briqadalarına ötürülməsi də var


“Apple” iPhone da daxil olmaqla, iOS əməliyyat sistemi ilə işləyən mobil cihazlara uyğunlaşdırılan tüstünün aşkar edilməsi sistemi üzrə patenti təsdiqlədib.

Trend bu barədə “Appleinsider” resursuna istinadən məlumat verir.

Patentdə təqdim olunan variantlara əsasən, sistemdən Wi-Fi routerlərdə, noutbuklarda, stasionar kompyuterlədə və Apple TV televiziya setində istifadə etmək olacaq.

Mobil cihazlara kiçik sensor quraşdırılır. Sistem tüstü aşkar etdikdə, müvafiq proqram təminatı cihazın sahibinə təhlükə siqnalı göndərir. Sadalanan başqa xüsusiyyətlər arasında yanğınsöndürmə sisteminin aktivləşdirilməsi və yanğınsöndürmə xidmətinin çağırışı da yer alır.

Daha bir variantda sistem tərəfindən cihaz sahibinin yeri barədə məlumatın yanğınsöndürmə briqadalarına ötürülməsi də var.

Məlumatda bildirilir ki, hazırda “Apple” şirkətinin bu texnologiyanın növbəti nəsil mobil qurğulara inteqrasiya etmək kimi planları yoxdur.

Xatırladaq ki, patentin ilk variantı 2013-cü il may ayında verilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti