Hindistan "Google"a qarşı antiinhisar ittihamı irəli sürüb

1-09-2015, 20:48
Oxunub: 437
Onların hamısı ABŞ şirkətinin axtarış bazarında öz mövqeyindən sui-istifadə etməsini təsdiq ediblər


Hindistanın Rəqabət məsələləri üzrə komissiyası “Google” şirkətini antiinhisar qanunvericiliyini pozulmaqda ittiham edib. Şirkətin sentyabrın 10-dək tənzimləyici orqana rəsmi cavab verəcəyi gözlənilir.

Bu barədə Etatist.com Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən məlumat verir.

“Google”un vəziyyəti yoluna qoya bilməyəcəyi təqdirdə cərimənin məbləği şirkətin ümumi gəlirinin 10 faizini təşkil edə bilər.

"Searchengines” yazır ki, Hindistanda ABŞ şirkəti ilə bağlı antiinhisar araşdırmasına 2014-cü ilin noyabrında başlanıb və iki istiqamətdə aparılır (bazarda mövqedən sui-istifadə, "AdWords” həlləri idarəçiliyində haqsız rəqabət).

Bundan başqa, komissiya "Flipkart”, “Facebook” və digər şirkətlərə “Google”un biznes praktikası ilə bağlı sorğu göndərib. Onların hamısı ABŞ şirkətinin axtarış bazarında öz mövqeyindən sui-istifadə etməsini təsdiq ediblər.

Bu yaxınlarda Hindistan komissiyası hesabat dərc edərək araşdırmanın nəticələrinə görə “Google” şirkətinə qarşı ittiham irəli sürüb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti