Livanda nümayişçilər nazirlik binasını ələ keçirib

1-09-2015, 19:38
Oxunub: 386
Yeni etiraz tədbiri keçirmək üçün ictimai fəallar şəhərin mərkəzinə toplaşırlar


Livanın paytaxtı Beyrut şəhərində keçirilmiş etiraz aksiyasının iştirakçıları şəhər mərkəzindəki Ətarf Mühitin Mühafizəsi Nazirliyinin binasını ələ keçirblər.

Nümayişçilər ətraf mühitin mühafizəsi naziri Nuhad əl-Maşnukun istefa verməyəcəyi təqdirdə binanı tərk etməyəcəklərini bildiriblər.

Aksiya iştirakçıları ölkədə yaranan "zibil böhranı"nın məsuliyyətini nazirin daşıdığını bildiriblər.

Yeni etiraz tədbiri keçirmək üçün ictimai fəallar şəhərin mərkəzinə toplaşırlar. Polis isə onları nazirlik istiqamətinə buraxmamaq üçün yolları kəsib.

Nazir Nuhad əl-Maşnuk kabinetində olduğunu və vəzifə səlahiyyətlərini icra etdiyini söyləyib.

Etirazçılarla görüşə getməyə hazırlaşan nazirin kabinetindən gənclərin "Çix get, çıx get, çıx get", "İnqilab, inqilab, inqilab!" şüarlarının eşidildiyi də bildirilib. (Report.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti