Qarabağı istəyirik?

18-02-2013, 12:11
Oxunub: 1741


Xocalı faciəsinin 21-ci ilinin tamam olunması ilə bağlı Etatist.com internet qəzeti olaraq "Qarabağı istəyirik” mövzusunda gənclərin, siyasi görüşündən, təhsilindən, ictimai fəal olub olmamasından asılı olmayaraq söz demək hüququnun olacağı müzakirə təşkil edirik. Bundan öncə isə şəhərdə sorğu keçirdik.

Müzakilərdə iştirak etmək istəyənlər gənclər bu nömrə vasitəsi ilə əlaqə saxlaya bilərlər: (+99455) 601 13 66 | (+99412) 440 18 52

Artıq Qarabağın işğalının 20 ili tamam olur, ancaq torpaqlarımızın azad olunması prosesində heç bir irəliləyişin olmaması göz qabağındadır. Qarabağ probleminin həlli dövlətdən asılı olduğu qədər, həm də Azərbaycan gənclərinin əlindədir.
Elə bu səbəbdən də, Bakı şəhər sakinləri arasında keçirdiyimiz sorğuda gənclərdən "Qarabağın qayıdacağına inanırsınız?" sualına cavab istədirk. Sorğuda iştirak edənlərin əksəriyyət inanclı olduğunu bildirdi. Amma "Sülh yoxsa müharibə yolu ilə..." sualına çoxluq müharibə istədiyini bildirsə də sülh tərəfdarları da oldu.

Həmin sorğunu təqdim edirik:


Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti