İŞİD-lə mübarizədə Rusiyadan Suriyaya dəstək

1-09-2015, 17:53
Oxunub: 633
Yaxın həftələrdə Suriyadakı Rusiya hərbçilərinin sayı bir neçə minə çatacaq


İŞİD-ə zərbə endirmək üçün Rusiyanın hərbi-təyyarələri bir-birinin ardınca Suriyaya enir.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda İsrailin Ynetnews agentliyi diplomatik qaynaqlara istinadən məlumat yayıb. Bildirilir ki, artıq Suriya ərazisində olan Rusiya təyyarələri və vertolyotları İŞİD-ə qarşı hava zərbələri endirəcək.

Rusiya aviasiyası Dəməşq yaxınlığında Əsəd rejiminin nəzarətində olan hərbi bazalardan birində yerləşdirilib. Yaxın həftələrdə Suriyadakı Rusiya hərbçilərinin sayı bir neçə minə çatacaq.

Bunlar hərbi təlimatçılar, pilotlar, zenit qurğularının operatorları və təchizatçılardır. Vaşinqton Rusiyanın Suriyadakı hərbi iştirakı haqda məlumatlıdır və buna sükutla razılıq verib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti