Ukrayna parlamentindəki koalisiya dağıldı

1-09-2015, 17:25
Oxunub: 396
Lyaşko deyib ki, bundan sonra koalisiyada qalmaları mümkün deyil


Ukrayna Konstitusiyasına dəyişikliyin qəbul edilməməsinə nail ola bilməyən Radikal Partiyası parlament koalisiyasından çıxdığını və prezident Pyotr Poroşenkonun kursu ilə qətiyyən razılaşmadığını bəyan edib.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, radikalların rəhbəri Oleq Lyaşkonun sözlərinə görə, Donbasa yerli özünüidarəetmə ilə bağlı xüsusi status verilməsi Ukraynanın suverenliyinə zərbədir, buna görə məsuliyyət isə şəxsən dövlət başçısının üzərinə düşür.

Lyaşko deyib ki, bundan sonra koalisiyada qalmaları mümkün deyil və bu koalisiya prezident Poroşenkonun, spiker Qroysmanın əlləri ilə faktiki dağıdılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti